"Qarabağın məşhur müəllimləri" – Soltan Hacıbəyov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Soltan Hacıbəyovdur. Bəstəkar, dirijor, pedaqoq Soltan Hacıbəyov 1919-cu ildə Şuşa şəhərində anadan olub. Soltan Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olub. Onun bəstəkar kimi yetişməsində, formalaşmasında xalq musiqisi ilə bərabər, atasının əmisi oğlu, dahi Üzeyir Hacıbəyovun böyük xidməti olub. O, 1930-cu ildə Bakıya köçərək məhz Üzeyir Hacıbəyovun ailəsində yaşayaraq təhsil alıb.
Soltan Hacıbəyov 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olaraq çalışıb. 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının əvvəl bədii rəhbəri, sonra direktoru olub. 1969-cu ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışıb.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
5 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
