Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilir

Təhsil Nazirliyinin "İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi uğurla davam etdirilir. Layihə cari tədris ilində həm coğrafi, həm də müəllim və şagird sayı baxımından genişləndirilib. Belə ki, hazırda layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan,  Şəki şəhər və rayonları üzrə 222 məktəbi və 100 mindən çox şagirdi əhatə edir.

Qeyd edək ki, şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrətmək məqsədilə həyata keçirilən layihəyə 2017-2018-ci tədris ilində start verilib. İlkin mərhələdə layihə Bakı şəhəri üzrə 43 məktəb və 6500 şagirdi əhatə edib. Layihənin uğurlu nəticələrini nəzərə alaraq, əhatə dairəsi ildən-ilə daha da genişləndirilib.

Layihə üzrə statistik məlumatları müvafiq infoqrafika vasitəsilə təqdim edirik:


5 il əvvəl