Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

PISA üzrə ekspertlərin hazırlanması təlimləri başa çatıb

Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Niderland Krallığının Milli Təhsil İnstitutunun (CİTO) dəstəyi ilə riyaziyyat və təbiət elmləri istiqamətlərində 1 ay davam edən onlayn təlimlər yekunlaşıb.  


Təlimlər beynəlxalq təcrübəli ekspertlər tərəfindən keçirilib. Sessiyalarda PISA tədqiqatları nəticələrinin riyazi savadlılığın inkişafına, təbiət elmləri üzrə inteqrativ bacarıqların formalaşdırılmasına təsiri diqqət mərkəzində olub. 


Ümumilikdə 55 mütəxəssisin cəlb olunduğu təlimlərdə Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edən ekspertlər, dərslik müəllifləri, həmçinin Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər.  
 


3 il əvvəl