“İT-Akademiya” təhsil layihəsinin ikinci mərhələsinə start verilib
Elm və Təhsil və İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT-Akademiya” təhsil layihəsinin ikinci mərhələsinə start verilib.
Noyabrın 15-dən başlayan kurslarda 150 tələbə iştirak edəcək. Tədris onlayn (2 qrup) və əyani (8 qrup) rejimdə olmaqla 5 ay davam edəcək. Əyani dərslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilir.
Qeyd edək ki, “İT-Akademiya”nın məqsədi İT bazarının inkişafına dəstəyin göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsidir. Layihə iştirakçıları veb-tərtibatçı, sistem administratoru (inzibatçı) və testləşmə üzrə mühəndis peşələri ilə bağlı lazımi biliklər əldə edəcək, eyni zamanda real məsələlərin həllində praktik bacarıqlar qazanacaqlar. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat veriləcək.
“İT-Akademiya” təhsil layihəsi “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin iştirakı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilir.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
