Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

110 ölkəni təmsil edən 8819 əcnəbi tələbə

2022-2023-cü tədris ilində ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8819 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. 

 

Bu da ötən ilə (7332 nəfər) nisbətdə 20%, 2015/16-cı tədris ilinə (4326 nəfər) nisbətdə isə 103% artım deməkdir.

 

Tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, İraq, Şri-Lanka, Suriya və digər ölkələri təmsil edirlər. 

 

Həmçinin cari tədris ilində ötən tədris ili ilə müqayisədə Botsvana, Burundi, Ekvador, Honduras, İrlandiya, İsveçrə, İtaliya, Komor, Konqo Demokratik Respublikası, Kot D`İvuar, Küveyt, Nikaraqua, Slovakiya, Tayland, Tuvalu, Yaponiyadan tələbələr ölkəmizdə təhsil alacaqlar.

 

Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti yer alır.

 

Cari tədris ili üzrə şəxsi vəsaiti hesabına ölkəmizdə təhsil almaq istəyənlərlə yanaşı, dövlət büdcəsi hesabına təhsil almaq üçün də əcnəbi vətəndaşların qəbulu həyata keçirilib. Belə ki, ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 40 vətəndaşı (hər bir qrant proqramı üzrə 20 nəfər) müxtəlif yerli təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Eyni zamanda hökumətlərarası sazişlər çərçivəsində Çinin 41, Qazaxıstanın 4, Tacikistanın isə 1 nəfər vətəndaşı ölkəmizdə təhsil imkanından yararlanıb.

 

Qeyd edək ki, cari tədris ilindən etibarən əcnəbilərin ölkəmizdə təhsili üçün imkanların genişləndirilməsi, eyni zamanda təşviqi istiqamətində aparılan işlərin davamı olaraq portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti (“SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service”) istifadəyə verilib. Belə ki, 2022-2023-cü tədris ilində təhsil almaq hüququ qazanan tələbələr müvafiq xidmət vasitəsilə müraciət ediblər. Tədris dilini zəif bilən əcnəbi vətəndaşların hazırlıq kurslarına qəbulu isə davam etdirilməkdədir.

 

Əcnəbilərin qəbulu və təhsilinin təşkili məsələsinin əsas icraçıları olan təhsil müəssisələrinin işinə dəstək məqsədilə həyata keçirilən fəaliyyətlər daha da genişləndirilir. 
 


3 il əvvəl