Məktəbdaxili qiymətləndirmələr rəqəmsallaşdırılır
Ötən tədris ilindən pilot olaraq tətbiqinə başlanılmış məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesi davam edir. 2021-2022-ci tədris ilindən fərqli olaraq cari tədris ilində kiçik summativ qiymətləndirmələrin də rəqəmsal təşkilinə başlanılıb.
Rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının artırılması, qiymətləndirmə vasitələrinin hazırlanmasında və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.
Qeyd edək ki, ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilərlər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
