Məktəblilər arasında respublika çempionatı yarışları başlayıb
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2022-2023-cü tədris ili ərzində şahmat, atletika, minifutbol və 3x3 basketbol idman növləri üzrə 4 mərhələdən ibarət keçiriləcək yarışların məktəbdaxili mərhələsinə start verilib.
Yarışlarda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri şahmat (oğlan və qızlar 2-4-cü siniflər), minifutbol (oğlanlar 5-7-ci siniflər) basketbol 3x3 (oğlan və qızlar 8-9-cu siniflər) atletika (oğlan və qızlar 10-11-ci siniflər) idman növləri olmaqla oğlan və qızlardan ibarət məktəb komandaları iştirak edəcək.
Qeyd edək ki, məktəbdaxili yarışlarda fərqlənən komandalar idman növlərinə uyğun olaraq rayondaxili mərhələdə, rayondaxili mərhələdə nəticə qazanan komandalar zona mərhələsində iştirak edəcəklər. Zona mərhələsində idman növləri üzrə I, II yeri tutan komandalar final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Məktəblilər arasında respublika çempionatının keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviliyinin daha da artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumi təhsil müəssisələrində şagirdlərin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
