Ticarət Palatasının üzvləri ilə görüş
Elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatası üzvlərinin görüşündə iştirak edib.
Görüş zamanı nazir ölkəmizdə təhsil sisteminin qarşısında duran çağırışlar, həyata keçirilən layihə və islahatlar, gələcək hədəflər barədə çıxış edib, palata üzvləri olan şirkət təmsilçilərinin suallarını cavablandırıb.
Emin Əmrullayev qeyd edib ki, PISA, PIRLS və TIMSS kimi beynəlxalq qiymətləndirmələrdə ölkə üzrə göstəricilərimiz əvvəlki dövrlə müqayisədə yaxşılaşsa da, qarşıda görülməli işlər çoxdur.
Ali təhsil sahəsində həyata keçirilən layihələr və dövlət proqramları barədə də məlumat verən nazir bildirib ki, bu sahədə inkişafı təmin etmək üçün ali məktəblərin sənaye ilə əlaqələrinin təmin edilməsi vacib şərtdir.
Emin Əmrullayev həmçinin peşə təhsili müəssisələrinin yenidən qurulması və proqramların yenilənməsi ilə bağlı iştirakçıları məlumatlandırıb.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
