Apellyasiya Şurasının iclası keçirilib
Noyabrın 1-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Elm və Təhsil Nazirliyinin Hesabatvermə və icraya nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Püstəxanım Qəniyeva, İlahə Əliyeva və Aygül Babayevanın müsahibə nəticələri ilə bağlı şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Yekunda 1 şikayətin təmin edilməsi, 2 şikayətin isə qismən təmin olunması və yenidən müsahibənin təşkili barədə Şura tərəfindən qərar qəbul olunub.
2 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Oman Sultanlığının ali təhsil, tədqiqat və innovasiyalar naziri ilə görüşüb
12.06.2025 - 12:04 -
Emin Əmrullayev Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib
11.06.2025 - 15:16 -
Emin Əmrullayev Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir
11.06.2025 - 12:30 -
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində BANM-da görüş keçirilib
11.06.2025 - 10:12 -
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib
10.06.2025 - 16:31