Serbiyada təhsil təqaüd proqramı
4 il əvvəl
Serbiya Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramı elan olunub.
Serbiya hökumətinin “Serbiyada Dünya” proqramı çərçivəsində Belqrad Universiteti, Kraqujevac Universiteti, Nis Universiteti və Novi Sad Universitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyələri üzrə 2 təqaüd yeri ayrılıb.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 24 oktyabr 2022-ci il tarixinədək tələb olunan bütün sənədləri Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemi vasitəsilə təqdim etməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
Digər xəbərlər
-
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin açıqlaması
26.10.2026 - 11:08 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
