“BYF EduExpo 2022” təhsil sərgi-yarmarkası
Sentyabrın 30-da “BYF EduExpo 2022” təhsil sərgi-yarmarkasının açılış mərasimi keçirilib.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, səfirlər, rektorlar və digər rəsmi şəxslər çıxış ediblər.
Sərgi-yarmarka Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Absheron Marriott” otelində keçirilir.
“Gələcəyini inşa et!” devizi ilə təşkil olunmuş sərginin məqsədi təhsil sektorunda xidmət göstərən KOB subyektlərinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bizneslərinin inkişafına dəstək olmaqdır. 50-yə yaxın şirkətin iştirak etdiyi sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə edəcəklər.
Sərgi oktyabrın 2-dək davam edəcəkdir.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Vorvik Universitetinin dekan müavini ilə görüşüb
01.05.2026 - 17:00 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək
01.05.2026 - 16:46 -
Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində iştirak edib
01.05.2026 - 14:30 -
Uşaqların I sinfə qəbulu prosesi başlayır
01.05.2026 - 11:36 -
Emin Əmrullayev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda iştirak edib
30.04.2026 - 17:00
