Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin iyununda 46 müraciət daxil olub.
Onlardan 7-si sorğu xarakterlidir.
Qeyd edək ki, müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Bakı şəhər ümumtəhsil məktəblərindən 12, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Zaqataladan 2, Gəncə, Sumqayıt şəhərləri, Yardımlı, Tərtər, Tovuz, Salyan, Qobustan, Ağstafa və Laçın rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1, ümumilikdə 26 müraciət qəbul olunub. Müraciətlərdə əsasən ümumtəhsil məktəblərində buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələri, eləcə də təhsil sənədlərinin verilməsi məsələsindən bəhs edilir.
Ötən ay məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar Bakıdan 2, Sumqayıtdan 1 müraciət olmaqla 3 zəng edilib.
“Qaynar xətt” xidmətinə Laçın rayon ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlərdən 1-i Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin araşdırılması nəticəsində 2 (Bakı şəhəri və Abşeron rayonu üzrə) orta məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin hər biri üzrə 2, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı və Azərbaycan Beynəlxalq Universitetinin hər biri üzrə isə 1 müraciət daxil olub. Ali təhsillə bağlı olan bu 7 müraciətdə tələbələrin semestr imtahanlarına buraxılması, qeyri-müvəffəq qiymət alanlar üçün yenidən imtahan təşkil edilməsi və digər məsələlərdən bəhs edilir. Eyni məzmunlu daha 3 müraciət orta ixtisas məktəblərindən qəbul olunub (Bakı Məktəbəqədər Pedaqoji Texnikumu, Azərbaycan Dövlət Pedaqoji Kolleci və Şəki Pedaqoji Texnikumu).
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni zamanda cari ilin iyul ayının birinci yarısında “Qaynar xətt” xidmətinə daxil olan çoxsaylı sorğular nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb və 3 müraciət qeydə alınaraq araşdırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
