Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Mayın 24-də Bakı Dövlət Universitetində Azərbaycan-Latviya Təhsil Forumu işə başlayıb.
Öncə forum iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan həmvətənlərimizin xatirəsi anılıb.
Azərbaycan-Latviya Təhsil Forumunun iştirakçıları Latviya ali təhsil müəssisələrinin informasiya stendi ilə tanış olublar.
Forum iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycan-Latviya əlaqələrindən, xüsusilə təhsil sahəsindəki münasibətlərdən bəhs edib, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu nəzərə çatdırıb. Ali təhsil, tələbə, müəllim mübadiləsi istiqamətində əlaqələrin səmərəli olacağına diqqət çəkən nazir Azərbaycanın təhsil sistemi, həyata keçirilən davamlı islahatlar, əldə olunan zəngin nailiyyətlər barədə təqdimat-məruzə ilə çıxış edib. Təqdimatda Azərbaycanda təhsilin müxtəlif pillələri haqqında dolğun məlumatlar verilib, gələcək perspektivlərdən bəhs olunub. Azərbaycan-Latviya təhsil əlaqələrinin inkişafına dərin inamını ifadə edən təhsil naziri forumun işinə uğurlar arzulayıb.
Ölkələrimizin təhsil sistemlərindəki oxşar cəhətlərdən söz açan xanım Tatyana Koke Latviyanın Azərbaycanla təhsil və elm sahəsində qarşılıqlı əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdyini bildirib. Qonaq ali məktəblər arasında birbaşa əlaqələrin yaradılmasının üstün cəhətlərinə toxunub, hazırda 13 azərbaycanlı tələbənin Latviya universitetlərində təhsil aldığını nəzərə çatdırıb.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Riqa Texniki Universitetinin rektoru İvars Knets, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı çıxış edib, Azərbaycanla Latviya təhsil əlaqələrinin hər iki ölkənin ali təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.
Sonra Bakı Dövlət Universiteti ilə Riqa Texniki Universiteti arasında protokol imzalanıb.
Azərbaycan-Latviya Təhsil Forumu mayın 26-da başa çatacaq.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
