Pandemiya dövründə peşə təhsili müəssisələrində tədrisin təşkili mövzusunda görüş
Avqustun 27-də COVİD-19 pandemiyası dövründə peşə təhsili müəssisələrində tədrisin təşkili mövzusunda videokonfrans keçirilib.
Videokonfransda Təhsil nazirinin müavini İdris İsayev, Dövlət Peşə Təhsili Agentliyinin direktoru Pərviz Yusifov və bir sıra peşə təhsili müəssisələrinin rəhbərləri iştirak edib.
Nazir müavini İdris İsayev koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.
Görüşdə pandemiya dövründə təşkil olunan teledərslərin, işəgötürənlərlə birgə düzgün peşə seçimi ilə bağlı keçirilən vebinarların əhəmiyyəti vurğulanıb. Bu il ilk dəfə gerçəkləşdirilən peşə təhsili müəssisələrinə mərkəzləşdirilmiş elektron tələbə qəbulu sisteminin üstünlükləri və bunun peşə təhsili almaqda maraqlı olan tələbələrin cəlb edilməsindəki rolu qeyd edilib.
Peşə təhsili müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.
5 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
