Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Milli komandamız Avropa çempionatında bürünc medal qazanıb

24-31 iyul 2022-ci il tarixlərində San-Marino Respublikasında C Divizionu çərçivəsində U-18 basketbol üzrə Avropa çempionatı keçirilib.

 

C divizionunun B qrupunda mübarizə aparan Azərbaycan yığma komandası qrup oyunlarında Lüksemburq, Cəbəllütariq, Ermənistan və  Moldova komandalarına qalib gələrək yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal oyununda Albaniyaya məğlub olan komanda üçüncü yer uğrunda Lüksemburq üzərində 78-73 hesabı ilə qələbə qazanaraq Avropa çempionatının bürünc medalını qazanıb.

 

Qeyd edək ki, yarışda milli yığma komandanın tərkibində təmsil olunan 12 nəfər basketbolçudan 8 nəfəri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin, 1 nəfəri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançıları, komandanın məşqçilər heyətindən isə Tahir Baxşıyev, Anar Sarıyev “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin, Fərid Əmirov “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin məşqçi-müəllimləridir.
 


3 il əvvəl