“KKM Group” ilə Peşə Mərkəzinin birgə əməkdaşlığı
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “KKM Group” MMC arasında gələcək əməkdaşlıq istiqamətlərini özündə ehtiva edən anlaşma memorandumu imzalanıb.
Müasir texnologiyaların tətbiqi, informasiya texnologiyalarının inkişafı və yerli yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xidmət edən “KKM Group” ilə əməkdaşlıq memorandumunun imzalanmasında başlıca məqsəd kadrların peşəkarlıq səviyyəsinin artırılması, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və eləcə də, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.
Peşə Mərkəzinin “KKM Group” şirkəti tərəfindən rəqəmsal marketinq istiqamətində dəstək alacağı da anlaşma çərçivəsində qarşıda duran öhdəliklərdəndir. Bu öhdəliklərə əsasən, məhsul və ya xidmətlərlə bağlı müxtəlif faydalı materiallar hazırlayaraq müştərilərlə ünsiyyət qura bilməkdə, sayt, sosial media, e-mail marketinq, TV, radio, bloq, qapalı qrup və forumlar kimi fərqli platformalar üzərindən məlumatların çatdırılması istiqamətində fəaliyyət şamil olunur.
Qeyd edək ki, gələcəkdə “KKM Group” şirkətinin mütəxəssisləri tərəfindən Mərkəzdə SEO Optimizasiya, SMM xidməti, E-poçt marketinq və məzmun marketinq istiqamətləri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulur.
5 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
