Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Startap və innovasiyalar tədbiri

İyulun 18-də ölkənin ən gənc akselerasiya mərkəzlərindən biri olan “SABAH.lab”ın təşkilatçılığı və “Kapital Bank”ın baş sponsorluğu ilə ən böyük yerli startap və innovasiyalar tədbiri olan “Baku ID” həyata keçirilib. Tədbirdə ən güclü startap layihələrin həm yerli, həm də əcnəbi investorlara təqdim olunması ilə yanaşı, innovasiyalar ekosisteminin gələcəyi tanınmış ekspertlər ilə müzakirə edilib. 
Qeyd edək ki, tədbirin təşkilatçıları arasında Təhsil Nazirliyi və Təhsil İnstitutu da yer alır.

 

Tədbirə həm yerli, həm də Yaponiya, Sinqapur, ABŞ, İsrail, Türkiyə, Qazaxıstan kimi ölkələrdən 80-dən çox investor cəlb olunub.

 

Tədbir zamanı investorlara 21 rezident və 3 seçilmiş startapdan ibarət, ümumilikdə 24 yerli startap layihə təqdim olunub. Onlar arasında təhsil, tibb, moda, insan resursları texnologiyaları, elektron ticarət və marketinq platformaları, “NFT” və blokçeyn texnologiyaları kimi müxtəlif sahələrdən layihələr mövcuddur. 

 

Növbəti gün “SABAH.lab” ofisində startap komandalarla investorlar arasında görüşlər baş tutub. 

 

“Baku ID” tədbirində innovasiyalar ekosisteminin müzakirəsini də keçirilib. Panel diskussiyalarında bu ekosistemə töhfə verən həm yerli, həm də tanınmış beynəlxalq ekspertlər çıxış edərək innovasiyalar ekosisteminin inkişaf etdirilməsi ilə bağlı öz fikirlərini bölüşüb. Müzakirələrə “Instituto de Empresa”  (IE) Biznes Məktəbi, Harvard və Stenford Universitetlərinin professorları moderatorluq edib.

 

Ümumilikdə, tədbirdə 1000-dən çox qonaq iştirak edib. Onların arasında nazirlər və dövlət rəsmiləri, beynəlxalq startap ekosisteminin üzvləri və startap dünyasına marağı olan hər kəs yer alıb.

 

Tədbir “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilib. Həmçinin BP, “Qala Sığorta” və “Qala Həyat” kimi nüfuzlu şirkətlər də tədbirin sponsorları arasında olub. Onu da vurğulayaq ki, tədbirin həyata keçirilməsinə “Avropa Birliyinin Gənc Sahibkarları Təşkilatı”, “Seedstarts”, “Technovate x SABAH Mələk İnvestorlar Klubu”, “Startup Grind”, “Avropanın Yenidənqurma və İnkişaf Bankı”, “UNDP”, “Startup Centrum”, “GEN Azərbaycan” və “Tech.az” dəstək göstərib.

 

Bu günədək “SABAH.lab” startap ekosisteminin inkişafına töhfə vermək məqsədilə “Yarat” və “Sürət” proqramlarını həyata keçirərək həm sahibkarlığa doğru ilk addımını atanlara,  həm də öz startapını daha da inkişaf etdirib investisiya vəziyyətinə gəlməsi üçün çalışan hər kəsə dəstək olub. Hər 2 proqram üzrə 21 rezident startap “SABAH.lab”ın akselerasiyasından məzun olub.

 

Mərkəzin akselerasiya proqramları Avropanın sahibkarlıq təhsili üzrə ən nüfuzlu təhsil müəssisəsi olan “Instituto de Empresa”  (IE) Biznes Məktəbinin tərəfdaşlığı ilə həyata keçirilib. Həmçinin ABŞ-da fəaliyyət göstərən vençur kapital fondu olan “Starta VC” bu proqramların həyata keçirilməsində öz dəstəyini göstərib.
 


3 il əvvəl