Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

HTP çərçivəsində Çində təhsil almaq hüququ qazananlar müəyyənləşib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 31 nəfər azərbaycanlı Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2022-2023-cü tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

 

Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 31 nəfər bu ölkənin “Fudan University”, “Beijing Institute of Technology”, “China University of Petroleum-Beijing”, “University of Science and Technology Beijing”, “Zhejiang University”, “Huazhong University of Science and Technology”, “Shanghai Jiatong University”, “Renmin University of China” kimi ali təhsil müəssisələrində süni intellekt, proqramlaşdırma və kompüter elmləri, media və kommunikasiya, tibb, iqtisadiyyat və idarəetmə, maliyyə, neft-qaz mühəndisliyi, mikrobiologiya kimi ixtisasları üzrə bakalavriat (5 nəfər), magistratura (22 nəfər)  və doktorantura (4 nəfər) səviyyələri üzrə  təhsil almaq hüququ qazanıb.

 

Müvafiq təqaüd proqramı barədə elan 21 dekabr 2021-ci il tarixində verilib.


3 il əvvəl