Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib
İyulun 8-də Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın birinci prorektoru Ədalət Səmədov iştirakçılara rektor Arif Paşayevin salamlarını çatdırıb.
Akademiyanın tarixinə nəzər salan Ədalət Səmədov diqqətə çatdırıb ki, hazırda bakalavriat üzrə 21, magistratura üzrə 17, doktorantura üzrə 10 ixtisas tədris edilir.
Bu tədris ilində Milli Aviasiya Akademiyasında 1352 nəfər bakalavriat, 59 nəfər magistratura səviyyəsi üzrə təhsil alıb. Akademiyadan 396 nəfər bakalavr, 47 nəfər magistr məzun olur. Bakalavrlardan 50-si, magistrlərdən 27-si təhsili fərqlənmə diploma ilə başa vurur.
Tədbirdə Milli Aviasiya Akademiyasının tarixinə dair fotoslayd, müasir dövrü haqqında videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Milli Aviasiya Akademiyasını fərqlənmə diplomu ilə bitirən məzunların sayının yüksək olmasını xüsusi qeyd edib. Nazir müavini akademik Arif Paşayevin uzaqgörənliyi sayəsində sözügedən təhsil müəssisəsində təlim-tədrisin yüksək səviyyədə aparıldığını, maddi-texniki bazasının möhkəmləndirildiyini vurğulayıb. Firudin Qurbanov işğaldan azad edilmiş ərazilərdə ən yüksək səviyyədə infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdıraraq həmin layihələr üzrə gənclərin fəaliyyətinə ehtiyac olacağını vurğulayıb. Ölkəmizdə gənclərin təhsilinə xüsusi diqqət ayrıldığını deyən Firudin Qurbanov xaricdə təhsil üzrə yeni Dövlət Proqramı barədə danışıb.
Nazir müavini çıxışının sonunda məzunları təbrik edib və onlara uğurlar arzulayıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov çıxışında əmək bazarının tələblərindən söz açıb, Akademiyanın məzunlarına daim öz üzərində işləməyi tövsiyə edib.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxışında məzunların müstəqil həyatının uğurlu olmasını arzu edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov məzunlara məqsədlərinə doğru inamla irəliləməyi, özlərində dəyərlər formalaşdırmağı tövsiyə edib.
Çıxış edən Xalq şairi Nəriman Həsənzadə akademik Arif Paşayevin rəhbəri olduğu professor-müəllim kollektivinin fəaliyyətini yüksək qiymətləndirib, məzunlara uğurlar arzulayıb.
Sonra məzunlara sertifikatlar təqdim olunub.
“Məzun günü” bədii proqramla davam edib.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
