Şamaxıda “CyberCamp 2022” yay düşərgəsi davam edir
İyulun 9-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Şamaxı rayonunda “CyberCamp 2022” yay düşərgəsinə start verilib.
9-14 iyul tarixlərini əhatə edən layihənin təşkilində əsas məqsəd kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək və karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və onlara yeni imkanlar əldə etməsinə şərait yaradılmasıdır.
Yay düşərgəsinin açılışında çıxış edən Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev iştirakçılara uğurlar arzulayıb.
Daha sonra “Bir Könüllü” Təşkilatının sədri Ülvi Əlizadə çıxış edərək ölkəmizdə kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları ixtisasları üzrə təhsil alan bakalavrlar, magistrlar üçün kibertəhlükəsizlik sahəsi üzrə bilik və bacarıqlarını nümayiş etdirmək və təkmilləşdirmək üçün bu cür layihələrin davamlı olaraq keçirilməsinin əhəmiyyətini bildirib.
İlk gün iştirakçılar üçün peşəkar, çevik və innovativ mütəxəssislər tərəfindən kibertəhlükəsizlik üzrə laboratoriya mühitində veb-proqram təminatlarında rast gəlinən və "TOP 10 OWASP" üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında), əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi, zərərli proqram təminatının analizi və tərsinə mühəndislik və kriptoqrafiya üzrə praktiki fəaliyyətlər, mühazirələr təşkil olunub və onlar üçün mövzular üzrə asandan çətinə doğru maraqlı tapşırıqlar tərtib edilib. Sonra təlimçilər iştirakçıların səhvlərinə əsasən tapşırıq həllərinin izahlarını veriblər.
Qeyd edək ki, tələbələrin düşərgə boyunca asudə vaxtının səmərəli təşkili məqsədi ilə düşərgədə interaktiv təlim dərsləri keçirilir, müxtəlif idman və bilik yarışları təşkil olunur.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
