Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Siyasi Elmlər və Diplomatiya üzrə yay məktəbi"nə start verilib

İyulun 9-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunda "Siyasi Elmlər və Diplomatiya üzrə yay məktəbi"nə start verilib.

 

9-14 iyul tarixlərini əhatə edən yay məktəbinin təşkilində əsas məqsəd tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması baxımından dəstək olmaq, onlara müxtəlif siyasi səpkili mövzulara dair interaktiv müzakirələrdə iştirak imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır.

 

Yay məktəbinin açılışında çıxış edən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Ülvi Əlizadə tələbələrin fiziki, intellektual və mənəvi inkişafında onların yay tətili ərzində asudə vaxtlarının səmərəli təşkili baxımından bu cür yerli layihələrin əhəmiyyətini vurğulayıb.

 

Açılış mərasimində Bakı Slavyan Universitetinin rektorunun müşaviri Elçin Hüseynov çıxış edərək yay məktəblərinin, düşərgələrinin keçirilməsində əsas məqsədlərdən biri də gənclər siyasətinin inkişafını dəstəkləmək, yeni yaradıcı təşəbbüslərin formalaşdırılması və gələcək əməkdaşlıqların qurulmasına şərait yaratmaq olduğunu bildirib.

 

Tədbirdə ilk olaraq iştirakçılar üçün Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov tərəfindən “Siyasət və diplomatiyaya giriş” mövzusunda informativ sessiya keçirilib. Daha sonra Fuad Çıraqovun təqdimatında “Qərbin Cənubi Qafqazda sülh şəraitində birgə yaşayışının təmin olunmasında rolu” mövzusunda maraqlı sessiya təşkil edilib.

 

Təlim və sessiyalardan sonra yay məktəbində iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtlarının səmərəli istifadəsi məqsədilə müxtəlif idman və bilik yarışları, interaktiv oyunlar təşkil edilib.

 

Qeyd edək ki, layihədə iştirak üçün müraciət edən 300 nəfərdən 25-i iştirak hüququ əldə edib. Seçilən gənclər əsasən beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, tarix, hüquq, iqtisadiyyat, politologiya və regionşünaslıq ixtisaslarında təhsil alan tələbələrdir.


3 il əvvəl