Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2022-ci ilin yanvar-iyun aylarında idman sahəsində əldə edilmiş nailiyyətlər

“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən 2022-ci ilin altı ayı ərzində uşaq-gənclər idman-şahmat məktəblərinin uşaq, yeniyetmə və gənc idmançıları arasında 14 idman növü: boks, qılıncoynatma, həndbol, şahmat, Yunan-Roma güləşi, ağır atletika, futbol, cüdo, stolüstü tennis, sərbəst güləş, badminton, atletika, basketbol və karate üzrə 23 Respublika birinciliyi keçirilib. 

 

Həmin yarışlara Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 16305 nəfər idmançı qatılıb. Onlardan 277 nəfəri qızıl, 265 nəfəri gümüş, 385 nəfəri bürünc medala layiq görülüb, ümumilikdə 927 medal qazanılıb.

 

Keçirilmiş yarışların, aparılmış seleksiya işlərinin nəticələrinə əsasən, sözügedən və digər idman növləri üzrə “Təhsil” Respublika İdman Mərkəzinin kiçik yeniyetmələr, yeniyetmələr, gənclər, böyüklərdən ibarət yığma komandaları formalaşdırılmış, onların   Respublika və beynəlxalq səviyyəli yarışlarda iştirakları təmin edilib.

 

Qeyd olunan dövr ərzində Gənclər və İdman Nazirliyi və müvafiq federasiyalar tərəfindən 20  idman növü üzrə keçirilən 79 Respublika yarışında uşaq-gənclər idman-şahmat məktəblərindən 2702 nəfər iştirak edib, 333 qızıl, 304 gümüş, 351 bürünc olmaqla 988 medal qazanılıb.

 

Eyni zamanda Mərkəzin yığma komandaları atletika üzrə Azərbaycan birinciliyinin, karate üzrə ölkə birinciliyinin, boks idman növü üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinin, basketbol üzrə Federasiya Kubokunun, həndbol üzrə Azərbaycan birinciliyinin, badminton üzrə yığma komandanın üzvləri Azərbaycan birinciliyinin qalibi, veloidman üzrə yığma komandanın üzvləri Azərbaycan kubokunun sahibi olub.

 

Son 6 ayda Təhsil  Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları müxtəlif ölkələrdə keçirilən beynəlxalq turnirlərdə, Avropa və Dünya birinciliklərində, Avropa Kuboku, Qran-Pri yarışlarında 153 qızıl, 81 gümüş və 66 bürünc olmaqla, ümumilikdə 300 medal qazanıb.

 

2022-ci ilin yanvar-iyun aylarında uşaq və gənclərin idman ustalıqlarının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə uşaq-gənclər idman-şahmat məktəblərində 16 idman növü üzrə 52 sayda kütləvi idman tədbirləri keçirilib. Bu tədbirlərdə 32585 nəfərə yaxın idmançı iştirak edib. 
 


3 il əvvəl