Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan-Fransız Universitetində "Məzun günü"

İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) "Məzun günü" keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, ADNSU-nun rektoru professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, UFAZ-ın İcraçı Direktoru Vazeh Əskərov, universitetin professor-müəllim heyəti və məzunlar iştirak ediblər.

 

Əvvəlcə Dövlət Himni səsləndirilib.

 

Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı UFAZ-ın bu il 39 magistr və 139 bakalavr məzununun olduğunu bildirib. Rektor qeyd edib ki, 7 UFAZ məzunu bu il dünyanın TOP 50 siyahısında olan universitetlərə tam təqaüdlə qəbul olunub. 

 

 Mustafa Babanlı məzunları təbrik edib və onlara uğurlar arzulayıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov UFAZ tələbələrinin məzun olduğu ixtisasların ölkə üçün vacibliyini qeyd edib və məzunları ölkəmizin müasir quruculuğunda və azad olunmuş ərazilərin yenidənqurulmasında aktiv iştirak etməyə səsləyib.

 

Fransanın ölkəmizdəki səfiri Zakari Qross UFAZ-ı seçdiklərinə görə gənclərə təşəkkür edib.  Səfir qeyd edib ki, inkişaf edən Azərbaycan qarşısında duran çağırışlardan biri də enerji tranzisiyası – karbon emissiyasının azaldılmasıdır. Səfir UFAZ məzunlarını öz bilikləri ilə bu işə töhfə verməyə çağırıb.

 

UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov və Baş katibi Elizaveta Bydanova tələbələrin nailiyyətləri barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, bu il bakalavr pilləsini bitirən 29 nəfər UFAZ məzunu xaricdə təhsillərini magistratura pilləsində davam etdirəcək.

 

UFAZ məzunları Ləman Cəlilova və İlkin Səfərli isə universitetdə təhsil aldıqları müddət ərzində aldıqları təəssüratları bölüşüblər.

 

Rəsmi hissədən sonra məzunlara sertifikatlar təqdim olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.


3 il əvvəl