Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV Forumu keçirilib

İyunun 28-də Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumu keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşkilatçılığı ilə baş tutan Forumda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndə heyəti iştirak edib. 

 

Forumdan əvvəl Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarları önünə əklil və gül dəstələri qoyulub. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

 

Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.

 

Sonra Forum öz işinə başlayıb. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ATİAHİ RK-nın fəaliyyətindən danışıb. Səttar Möhbalıyev qeyd edib ki, ATİAHİ RK-nın təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də UAESEB-dir. Bu birlik 2006-cı ildə “Türk Egitim-Sen”, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Şimali Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Ruminiya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub. Bu birliyin yaradılması türkdilli ölkələrin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının, eləcə də türkdilli xalqların yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar, dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edir. 

 

AHİK sədri UAESEB-in XIV Forumunun fəaliyyətinə uğurlar arzulayıb.

 

Sonra təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Forumun əhəmiyyətindən, təhsil sahəsində türkdilli ölkələr arasında əlaqələrin inkişafından və son illərdə Azərbaycan təhsilində əldə olunmuş nailiyyətlərdən bəhs edib.

 

Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və “Türk Egitim-Sen”in sədri Talip Geylan UAESEB-nin yaradılmasının məqsədlərindən, funksiyalarından, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, türkdilli ölkələr arasında əlaqələr bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişafdadır.

 

Çıxış edən Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Asilbek Toktoqulov, Şimali Makedoniya İnformasiya və İdarəetmə nazirinin müşaviri, Üfüq Dərnəyinin sədri Elvin Hasan, “Kipr Türk Məmur-Sen”in sədri Akın Manqa, Rumıniya Türk Demokrat Birliyi Təhsil Komissiyasının sədri Vildan Bormambet və Özbəkistan Təhsil, Elm və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Ravşan Bedilov ölkələrində həmkarlar ittifaqlarının fəaliyyətindən, cəmiyyətin inkişafında rolundan, ölkənin ictimai həyatında xidmətlərindən söz açıblar. Həmçinin UAESEB-in ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıblar. 

 

Tədbirin sonunda UAESEB-in XIV Forumunun yekun Bəyanatı səsə qoyularaq qəbul edilib.

 

AZƏRTAC


3 il əvvəl