Xaricdə təhsil üzrə müsahibələr davam edir
İyunun 28-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələrin keçirilməsinə start verilib.
Proqram çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərdə təhsil almaq üçün müvafiq Seçim Qaydalarının tələblərinə uyğun olaraq sənədlərini uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər aidiyyəti üzrə növbəti müsahibə mərhələsinə keçid əldə edirlər.
Müsahibə mərhələsi Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə əsasən namizədlər haqqında yekun qərar verilir.
Qeyd edək ki, iyunun 6-dan Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna başlanılıb və son müraciət tarixi 15 iyul 2022-ci il saat 23:59 müəyyən edilib.
Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
