“Girls Talk” layihəsinin növbəti görüşü baş tutub
Təhsil Nazirliyi və Azərbaycan-Britaniya Məzunları Birliyinin ( AUKAA) birgə əməkdaşlığı nəticəsində "2007-2015 Dövlət Proqramı" məzunun təlim töhfəsinə uyğun olaraq keçirilən “Girls Talk” layihəsinin növbəti görüşü baş tutub.
Görüşdə spiker qismində “2007-2015 Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın “University of Essex” ali təhsil müəssisəsində “Bioloji elmlər-Molekulyar tibb” ixtisası üzrə magistratura təhsili almış və hazırda Azərbaycan Qida təhlükəsizliyi İnstitutu, Elmi Araşdırmalar departmentinin müdiri olaraq fəalliyyət göstərən Nərmin Axundova iştirak edib. Vebinarda ölkənin müxtəlif regionlarından 100-ə yaxın qız şagird iştirak edib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi uğurlu Azərbaycan xanımlarının, eyni zamanda "2007-2015 Dövlət Proqramı"nın xanım məzunları ilə 12-18 yaş arası məktəbli qızlarının görüşünü təşkil etmək, onları düzgün ixtisas və peşə seçimində motivasiya etmək, uğurlu təhsil və karyara imkanları barədə məlumatlandırmaqdır.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
