“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub
İyunun 23-də Təhsil Nazirliyi, AFFA və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola məktəbli kuboku” turnirinin final qarşılaşması keçirilib.
Tədbirdə təhsil nazirinin müavini, Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, AFFA-nın baş katibi Sərxan Hacıyev, vitse-prezidenti Vaqif Sadıqov və digər rəsmi şəxslər iştirak edib.
Final qarşılaşmasında Sumqayıt şəhər 28 nömrəli tam orta məktəb və Zaqatala rayon Sumaylı kənd tam orta məktəblərin komandaları qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən Sumqayıt şəhərinin yetirmələri “Coca-Cola məktəbli kuboku” turnirinin 2021-2022-ci il mövsümünün qalibi olub. Turnirdə 3-cü yeri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Daşarx tam orta məktəbin komandası tutub.
Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, medal, xatirə hədiyyələri, turnirin "Ən yaxşı oyunçu", “Ən məhsuldar oyunçu”, “Fair play” nominasiyaları üzrə qaliblərinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, “Coca-Cola məktəbli kuboku” ölkə üzrə keçirilən ən kütləvi futbol yarışmasıdır.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
