Qubada sertifikatlaşdırmaya dair görüş
İyunun 24-də Quba rayonunda Quba-Xaçmaz Regional Təhsil İdarəsinə tabe bölgələrin bir qrup ibtidai sinif müəllimi ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.
Görüşdə Quba, Xaçmaz , Qusar, Şabran və Siyəzən rayonları üzrə ümumi təhsil müəssisələrində çalışan direktor və ibtidai sinif müəllimləri iştirak edib.
Giriş nitqi ilə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev qonaqları salamlayaraq görüşün mahiyyəti barədə məlumat verib.
Çıxış edən Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkil edilməsinin məqsədi barədə danışıb.
Görüşdə ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma prosesi ilə bağlı təqdimatla çıxış edib və ətraflı məlumat verib.
Çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb. Təhsil Nazirliyi tərəfindən sertifikatlaşdırma prosesində iştirak edəcək təhsilverənlərə dəstək tədbirlərinin görüləcəyi də vurğulanıb.
Sonda görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Vyetnamın təhsil və təlim nazirinin müavini ilə görüşüb
07.05.2025 - 19:00 -
Mərakeş Krallığının Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində olub
07.05.2025 - 16:54 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
06.05.2025 - 16:25 -
TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir
05.05.2025 - 14:29 -
Nazir müavini Azərbaycan nümayəndə heyətinin tərkibində Suriya Ərəb Respublikasında səfərdə olub
05.05.2025 - 10:51