Türkiyəli şagirdlər Azərbaycanda səfərdədir
Türkiyə Respublikasının İstanbul, İzmir, Bursa, Ankara, Adana və Çanaqqala şəhərlərinin 9 - 11ci sinif şagirdləri və müəllimlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti iyunun 23-də Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi ziyarət edilib.
Daha sonra qonaqlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıb.
Həmin gün nümayəndə heyəti həmçinin Heydər Əliyev Mərkəzini də ziyarət edib.
24 iyun tarixində qonaqlar Heydər Əliyev adına Müasir Təhsil Kompleksini (MTK) ziyarət edib. Ziyarət zamanı qonaqlar kompleksdə şagirdlər üçün yaradılan şəraitlə tanış olub. Burada qonaqlar üçün 44 günlük Vətən müharibəsi və Türkiyə-Azərbaycan qardaşlığını əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra MTK və türk şagirdlərindən ibarət komandalar arasında intellektual oyun keçirilib.
Həmin gün nümayəndə heyəti Hərbi qənimətlər parkı, həmçinin İçərişəhər tarixi-memarlıq qoruğu ilə də tanış olub.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
