Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
Təhsil naziri Qazaxıstanda səfərdədir
Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasının 5-ci iclasında iştirak etmək məqsədilə Qazaxıstan Respublikasında səfərdədir.
23 iyun tarixində nümayəndə heyəti Nur-Sultan şəhərində yerləşən “Quantum” STEM məktəbi və Nazarbayev intellektual məktəblərini ziyarət edib, hər iki müəssisədə yaradılan şəraitlə tanış olub.
Nümayəndə heyətinə hər iki müəssisənin nailiyyətləri haqqında ətraflı məlumat verilib və Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıqda maraq ifadə edilib.
Sözügedən tarixdə nümayəndə heyəti həmçinin Peşə texniki kolleci və İctimai iaşə və xidmət kollecini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyəti müəssisələrin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə tanış olub.
Həmin gün təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının maarif naziri Asxat Aymaqambetov ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
23.06.2022 - 17:42
Digər xəbərlər
-
Sumqayıt Dövlət Universitetində Məzun Günü keçirilib
29.06.2022 - 20:00 -
Avropa çempionatından 3 qızıl medal
29.06.2022 - 15:25 -
"Alqoritmika - rəqəmsal bacarıqların inkişafı" layihəsinin məzunları təltif edilib
29.06.2022 - 14:20 -
Beynəlxalq turnirdən yüksək nəticə
29.06.2022 - 10:30 -
Xaricdə təhsil üzrə müsahibələr davam edir
29.06.2022 - 10:00