Məktəbdənkənar təhsil müəssisələrində 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub
Məktəbdənkənar təhsil müəssisələrində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirilib.
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib.
Tədbirdə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin kollektivlərinin ifasında ulu öndərə, qalib Ali Baş Komandana və Azərbaycana həsr olunan mahnılar ifa olunub, müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini, eyni zamanda, Zəfərə gedən yolu özündə əks etdirən videoçarx nümayiş olunub.
Həmçinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa”, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə dərnək üzvləri arasında "Qalib olmağa tələs" adlı viktorina və "Qurtuluşdan başlayan tərəqqi" adlı rəsm sərgisi təşkil edilib, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanan videoçarx sosial şəbəkələrdə nümayiş olunub.
Tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin gələcəyimiz olan gənclərin milli ruhda tərbiyəsi və ölkəmizə bağlılığı istiqamətdə gördüyü işlərdən, Azərbaycanın dövlətçilik tarixində əhəmiyyəti ilə seçilən 15 İyun- Milli Qurtuluş Gününün tarixindən bəhs edib.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərində Milli Qurtuluş Gününə həsr olunmuş şahmat və futbol idman növləri üzrə yarışlar keçirilib. Yarışlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 456 nəfər idmançı iştirak edib.
Qeyd edək ki, tədbirlərin keçirilməsində məqsəd şagirdləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək, onlar arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarət olub.
4 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
