"Təhsil vloqeri" müsabiqəsinin qalibləri müəyyənləşib
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinin qalibləri müəyyənləşib.
Müsabiqəyə ümumilikdə 400-ə yaxın müraciət daxil olub. Müsabiqənin münsif heyəti tərəfindən təqdim edilən materialların təhlili aparılıb. Nəticələrə əsasən, Bakı şəhəri 136 nömrəli tam orta məktəbin STEAM müəllimi Sürət Mehdiyev və Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimov müsabiqənin qalibləri elan edilib.
Müsabiqə qalibləri mükafatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.
4 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
