“Ruhumun rəngi” rəsm sərgisinə yekun vurulub
Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin ”Təsviri incəsənət dərnəyi” üzvlərinin “Şuşa ili”nə həsr olunmuş "Ruhumun rəngi " adlı hesabat sərgisi təşkil olunub.
Sərgi mədəniyyət və incəsənətimizin beşiyi olan Susa şəhərinin 270 illiyinə həsr olunub.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra dərnək üzvlərinin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib. Dərnək üzvlərinə ilboyu göstərdikləri nəticələrə uyğun Mərkəz tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Sərgidə Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri vətənpərvərlik ruhunda mahnılar, şeirlər səsləndirib, rəngarəng rəqslər nümayiş etdirib.
Sonda tədbirdə iştirak edən qonaqlar uşaqlara təbriklərini çatdırıblar.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
06.05.2025 - 16:25 -
TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir
05.05.2025 - 14:29 -
Nazir müavini Azərbaycan nümayəndə heyətinin tərkibində Suriya Ərəb Respublikasında səfərdə olub
05.05.2025 - 10:51 -
“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir
02.05.2025 - 16:47 -
Vətəndaş müraciətlərinin statistikası
02.05.2025 - 15:11