Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

İyunun 10-da məktəbdənkənar fəaliyyət üzrə “Biz planetin uşaqlarıyıq” onlayn beynəlxalq rəsm müsabiqəsi başa çatıb. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 20 may-10 iyun tarixlərində keçirilib.

Mövcud COVID-19 pandemiyası ilə əlaqədar onlayn formada təşkil edilən müsabiqənin keçirilməsində əsas məqsəd karantin müddəti ərzində digər dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsini təmin etmək, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı, həmçinin istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

Müsabiqəyə respublikanın regionları və Bakı şəhərində fəaliyyət göstərən 50 uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri ilə yanaşı ABŞ, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və Belarus məktəbliləri də qatılıb.

2 mərhələ və 3 yaş qrupu (6-9, 10-13 və 14-18) üzrə keçirilən müsabiqəyə ümumilikdə 2000 nəfərdən artıq iştirakçı tərəfindən 2350 rəsm işi təqdim edilib. Təqdim edilən rəsmlərin işləmə texnikası sərbəst olub.

İyunun 9-da müsabiqənin Təşkilat Komitəsi tərəfindən seçilən münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə işlər qiymətləndirilərək qaliblər müəyyən olunub.  Qaliblər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif edilib.


6 il əvvəl