Lisey və gimnaziyalara ərizə qəbulu sabah yekunlaşır
9 iyun saat 17:00-da lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu başa çatacaq. Proses şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə (https://sy.edu.az) həyata keçirilir.
Bu mərhələdə sorğu yerləşdirilməli və buraxılış vərəqi əldə edilməlidir. Qeydiyyat buraxılış vərəqi əldə edildikdən sonra tamamlanmış hesab edilir.
Qeyd edək ki, lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir:
• 17 iyun - V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün);
• 18 iyun - VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);
• 19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);
• 20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
06.05.2025 - 16:25 -
TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir
05.05.2025 - 14:29 -
Nazir müavini Azərbaycan nümayəndə heyətinin tərkibində Suriya Ərəb Respublikasında səfərdə olub
05.05.2025 - 10:51 -
“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir
02.05.2025 - 16:47 -
Vətəndaş müraciətlərinin statistikası
02.05.2025 - 15:11