Futbol və futzal idman növləri üzrə onlayn ustad dərslərə başlanılıb
Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyasının birgə təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin futbol bölmələrinin üzvləri və ali və orta-ixtisas təhsili müəssisələrinin tələbələri üçün futbol və futzal idman növləri üzrə ustad dərslərin təşkilinə başlanılıb.
Onlayn formatda “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində təşkil olunan futbol üzrə ustad dərslər Azərbaycan milli komandasının, eyni zamanda “Sabah” Futbol Klubunun üzvləri Bəhlul Mustafazadə, Ruslan Abışov, Rəşaq Eyyubov, Azərbaycan Texniki Universiteinin İdman Kompleksində təşkil olunan futzal üzrə dərslər milli komandanın üzvləri olan “Araz” Naxçıvan Futbol Klubunun Xətai Bağırov, İsa Atayev, Rizvan Fərzəliyev kimi peşəkar məşqçi-müəllimləri tərəfindən keçirilir.
Qeyd edək ki, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar çoxlu sayda idman yarışları olduğu kimi, Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyasının illik İş Planına uyğun olaraq futbol və futzal idman növlərində uşaq və gənclərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan bir çox idman tədbirləri təxirə salınıb. Ustad dərslərin təşkilində məqsəd mövcud vəziyyətlə əlaqədar sözügedən idman növlərində fəaliyyətin davamlılığının təmin edilməsi, şagird və tələbələr arasında futbol və futzal idman növünə olan marağın artırılması, onların ev şəraitində asudə vaxtlarının səmərəli təşkili, fiziki hazırlıq və ustalıq səviyyələrinin inkişaf etdirilməsindən ibarətdir.
Ustad dərslərin həftəiçi “Mədəniyyət” kanalında yayımı nəzərdə tutulub.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
