• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xaçmazda sertifikatlaşdırmaya dair görüş

Mayın 24-də Xaçmaz rayonuna təşkil edilən mediatur çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə tabe bölgələrin bir qrup ibtidai sinif müəllimi ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.  

 

Görüşdə millət vəkilləri, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. 

 

Görüşə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan Quba, Xaçmaz, Siyəzən, Şabran və Qusar üzrə ibtidai sinif müəllimləri qatılıb. 

 

Giriş nitqi ilə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev qonaqları salamlayaraq görüşün mahiyyəti barədə məlumat verib. 

 

Daha sonra çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov görüşün faydalılığına toxunub, bu cür məlumatverici xarakter daşıyan görüşlərin davamlı olacağını qeyd edib. 

 

Çıxış edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov nazirliyin təhsilverənlərin sertifikatlaşdırılması prosesini təşkil etməkdə məqsədi barədə danışıb. Keyfiyyətli təhsil və şagird nailiyyətinin müəllim əməyinə bağlı olduğunu qeyd edən Eşqi Bağırov təhsilverənlərin biliklərinin qiymətləndirilməsi və onların peşəkar inkişafı istiqamətində əvvəlki illərdə həyata keçirilmiş işləri xatırladıb. 

 

Daha sonra İnsan resursları şöbəsinin əməkdaşı, Sertifikatlaşdırma Şurasının katibi Tükəzban Quliyeva sertifikatlaşdırma prosesi ilə bağlı təqdimatla çıxış edib və ətraflı məlumat verib. 

 

Çıxış edən millət vəkilləri təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb, müəllimlərin davamlı olaraq öz üzərlərində işləməli, özlərini təkmilləşdirməli olduqlarını qeyd ediblər. Qonaqlar sertifikatlaşdırma prosesinin təşkilini müsbət dəyərləndirib, müəllimlərin qiymətləndirilməsinin dünya təcrübəsinə əsaslandığını vurğulayıblar.  

 

Görüş çərçivəsində Təhsil Nazirliyi tərəfindən sertifikatlaşdırma prosesində iştirak edəcək təhsilverənlərə dəstək tədbirlərinin görüləcəyi də vurğulanıb. 

 

Sonda iştirakçıları maraqlandıran çoxsaylı suallar səsləndirilib, təklif və rəylər dinlənib.  


1 il əvvəl