Beynəlxalq rəsm müsabiqəsinə start verilir
Təhsil Nazirliyi 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 19 may-15 iyun tarixlərini əhatə edən "Mənim milli adət-ənənələrim" adlı beynəlxalq onlayn rəsm müsabiqəsinə start verilir.
Müsabiqənin keçirilməsində məqsəd müxtəlif xalqların adət-ənənələri, tarix və mədəniyyəti, məişəti, zəngin mədəni irsinin öyrənilməsi, uşaq və gənclər arasında dostluq münasibətlərinin yaradılması, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə keçirilməsi nəzərdə tutulub. Sözügedən müsabiqədə iştirakçılar hər yaş qrupu üzrə yalnız 1 iş təqdim edə bilərlər. "Mənim milli adət-ənənələrim" adlı beynəlxalq onlayn rəsm müsabiqəsində iştirak etmək istəyənlər ərizə formasını iyunun 14-dək 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron poçt ünvanına (ugim-1@mk.edu.az) göndərməlidirlər.
Hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi münsiflər heyəti tərəfindən müəyyən ediləcək və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Həmçinin qalib işlər sosial şəbəkələrdə və digər media qurumlarında geniş işıqlandırılacaq.
Qeyd edək ki, yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən beynəlxalq rəsm müsabiqəsində Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və digər xarici ölkələrdən də məktəblilər iştirak edəcək.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
