• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Sual-cavab

İSESKO-ya üzv dövlətlərin Təhsil nazirlərinin videokonfransı

Təhsil naziri Ceyhun Bayramov İSESKO-ya üzv dövlətlərin Təhsil nazirlərinin videokonfransında iştirak edib.

Videokonfransa İSESKO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Malik, Səudiyyə Ərəbistanı, Pakistan, Misir, Mərakeş və digər dövlətlərin Təhsil nazirləri, YUNESKO-nun Baş katibinin təhsil məsələləri üzrə müavini Stefania Ciannini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şlayxer də qatılıb. Videokonfransın əsas mövzusu COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri və mövcud reallığa təhsil sisteminin uyğunlaşdırılması olub. 

Ceyhun Bayramov çıxışında pandemiya dövründə ölkəmizdə təhsil hüququnun fasiləsiz təmin edilməsi məqsədilə atılmış addımlar haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Nazir distant təhsilə keçidi təmin etmək üçün qısa müddət ərzində yaradılmış və ölkədə ən iri onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri haqqında bəhs edib, müəllimlərin bu platformanın bütün imkanlarından tam yararlanmaları üçün təlimlərə cəlb edildiyini bildirib.

Təhsil naziri qeyd edib ki, nazirlik tərəfindən atılan digər addımlar çərçivəsində 11 mart tarixindən etibarən teledərslərə start verilib. Ölkənin 2 televiziya kanalında həftədə 5 dəfə olmaqla bütün siniflər üçün 10 fənni əhatə edən dərslər yayımlanmaqdadır. Teledərslər sonradan Təhsil Nazirliyinin video.edu.az portalında sərbəst istifadə üçün yerləşdirilir. Konfrans zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan təxminən 22 min tələbənin təhsil haqqının Azərbaycan dövləti tərəfindən ödənilməsi xüsusi olaraq vurğulanıb. 

Ceyhun Bayramov Təhsil Nazirliyinin İSESKO ilə təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini qeyd edərək, Azərbaycan Respublikası tərəfindən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün ümumilikdə 40 təhsil qrantının ayrıldığını görüş iştirakçılarına xatırladıb. 

Videokonfransın nəticəsi olaraq İSESKO tərəfindən Əhatəli Humanitar Koalisiya təşəbbüsü irəli sürülüb və Azərbaycan tərəfi təşəbbüsə dəstəyini ifadə edib. Yekunda bəyannamə qəbul olunub. 


1 il əvvəl