Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
Azərbaycan komandası ABŞ-da keçirilən robototexnika yarışmasında yüksək nəticə göstərib
ABŞ-da keçirilən "VEX Robotics World Championship 2022" yarışmasında ölkəmizi təmsil edən komandamız böyük uğura imza atıb.
Belə ki, Ginnesin Rekordlar Kitabına dünyanın ən böyük robototexnika yarışması kimi düşən "VEX Robotics World Championship 2022"-də Azərbaycan komandası göstərdiyi nəticələrə görə divizionun "Energy Team" kubokunu qazanıb.
Ölkəmizi yarışda təmsil edən komandamız yarışdığı divizionda 20 ən yaxşı komanda siyahısına daxil olaraq finala qatılıb və VI yerdə qərarlaşıb.
Qeyd edək ki, yarışlarda 50-ə yaxın ölkədən 4800 komanda, 15 minə yaxın şagird iştirak edib.
Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə VEX robototexnika üzrə dünya çempionatında ilk dəfə olaraq bu il təmsil olunurdu.
13.05.2022 - 10:45
Digər xəbərlər
-
Müəllim və şagirdlərin nəzərinə!
25.05.2022 - 18:10 -
Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktoru adı verilib
25.05.2022 - 15:40 -
“TEXNOFEST Azərbaycan”da “STEAM Azərbaycan” layihəsi
25.05.2022 - 12:30 -
Avropa Fizika Olimpiadasından uğurlu nəticə
25.05.2022 - 11:55 -
Təhsil Nazirliyinin saytında "Sənədlər" bölməsi yenilənib
25.05.2022 - 10:10