Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən tibb işçilərinə dəstək
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları koronavirus infeksiyası ilə mübarizə aparan təcili tibbi yardım xidməti və tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə dəstək aksiyasına qoşulub.
Bakı şəhəri Səbail rayonu 3 saylı Təcili Yardım Stansiyası, 2 saylı poliklinika və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim heyəti və tibb bacıları daxil olmaqla, ümumilikdə 130 tibb işçisinə koronavirus infeksiyasından qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələrdən ibarət dəstlər təqdim edilib.
Qeyd edək ki, aksiya ölkəmizdə koronavirus infeksiyasının (COVİD - 19) yayılmasına qarşı həyata keçirilən profilaktik və mübarizə tədbirlərinə, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə işinə dəstək məqsədi daşıyır.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
