Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Casbinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov öncə qonaqları salamlayıb, Azərbaycanla İran arasında münasibətlərin daha da möhkəmlənməsində təhsil sahəsindəki əlaqələrin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bakıda keçirilən İslam Dünyası Universitetləri Federasiyasının (İDUF) V baş konfransının uğurla başa çatdığını söyləyən nazir belə yüksək səviyyəli tədbirin təşkilində İSESKO-nun mühüm rolu olduğunu bildirib.
Azərbaycanla və İran universitetlərinin əlaqələrinin potensial imkanlara uyğun gəlmədiyini qeyd edən təhsil naziri hər iki dövlət rəhbəri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində belə görüşlərin mühüm əhəmiyyət daşıdığını bildirən Misir Mərdanov ali məktəblər arasındakı əlaqələrə diqqətin artırılmasının zəruriliyini önə çəkib.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən İranın Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Casbi ölkələrimiz arasında ortaq mədəni əlaqələrin və səmərəli əməkdaşlığın mövcud olduğunu nəzərə çatdırıb. Qonaq ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətlərindən söz açıb, rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib.
Aparılan müzakirələrin əhəmiyyətli olacağını bildirən nazir gələcəkdə ölkələrimizin təhsil sahəsində əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
