Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
Aprelin 25-dən dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilir. Namizədlər 4 may saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var. Namizədlərə qeydiyyatdan keçərkən və sənədləri yükləyərkən diqqətli olmaq tövsiyə edilir.
Müsabiqə şərtlərin uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir:
Əri və ya arvadı hərbçi olduqda:
- nikah haqqında şəhadətnamənin surəti;
- ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.
Şəhid ailəsi üzvü olduqda:
- şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti;
İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə:
- həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.
Yuxarıda qeyd olunan şərtləri ödədikdə:
- Sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.
Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini bir vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb olunur.
Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək.
Yerdəyişmə müsabiqəsi iştirakçılarına uğurlar arzulayırıq!
4 il əvvəl
Digər xəbərlər
-
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38 -
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50 -
Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib
22.09.2026 - 14:28
