Təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir
Koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Bakı, Sumqayıt, Şirvan, Gəncə şəhərləri, Xaçmaz, Ucar, Qax, Qazax, Ağdam, Samux, Ağsu rayonları da daxil olmaqla digər şəhər və rayonlarda profilaktik tədbirlər intensivləşdirilib. Görülən işlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 3-dən 9-dək tədris prosesi dayandırılıb. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
