• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi və "ASAN xidmət” arasında Anlaşma Memorandumu imzalanıb

Aprelin 14-də “Gələcək üçün bacarıqlar” layihəsinin “Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə” adlı hesabat tədbirində Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Memoranduma əsasən, hər iki qurum ölkəmizdə innovasiya ekosisteminin dayanıqlığının təmin olunması, universitetlərdə innovasiya işinin birgə təşkili, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən dövlət xidmətlərinin “ASAN xidmət” mərkəzlərində təşkili və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi barədə razılığa gəliblər.

 

Həmçinin, "Türkiyə Texnologiya Komandası" Fondu (T3 Fondu) ilə Dövlət Agentliyi arasında həyata keçirilən birgə fəaliyyət çərçivəsində təsis ediləcək “Bilim Bakı” mərkəzinin fəaliyyətinin səmərəli təşkili, “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində universitetlərdə startapların təşviqi, inkubasiya və akselerasiya fəaliyyətinin formalaşdırılması, ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən seminar və təlimlərin keçirilməsi üzrə birgə fəaliyyətlərin aparılması da nəzərdə tutulub. 
 


2 il əvvəl