• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İnkişaf Mərkəzinin yetirmələri beynəlxalq rəsm müsabiqələrində yüksək nəticələr əldə edib

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 6 gənc rəssamı Yaponiyada keçirilən XI Kanagava beynəlxalq rəsm müsabiqəsində, 6 gənc rəssamı isə Latviyada “Dalğalı səs” mövzusunda keçirilən beynəlxalq rəsm müsabiqəsində iştirak edərək qalib olub.      


Qaliblərin təltifetmə mərasimində Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşı, Latviya Respublikasının Azərbaycandakı Səfirliyinin Missiya Başçısının müavini Viya Buşa, Mərkəzin kollektivi və digər rəsmilər iştirak ediblər. 


Tədbirdə qaliblərə diplom və sertifikatlar təqdim olunub. 


Qeyd edək ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi bir sıra respublika və beynəlxalq səviyyəli müsabiqə, sərgi, festival və digər tədbirlərdə iştirak edərək uğurlar qazanıb. Mərkəzin yetirmələri 2021-ci ildə Türkiyə, Rusiya, Belarusiya, Çexiya, Polşa, Bolqarıstan, Latviya, Yaponiya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və başqa ölkələrdə keçirilən 17 beynəlxalq müsabiqədə iştirak edərək ölkəmizi layiqincə təmsil edib. 
 


2 il əvvəl