• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələr üçün "Qış düşərgəsi"nə qeydiyyat davam edir

Təhsil İnstitutunun təşkilatçılığı ilə Quba rayonunda təşkil ediləcək tələbələrin qış düşərgəsinə (Winter bootcamp) qeydiyyat prosesi davam edir.


Düşərgədə iştirak etmək istəyən tələbələr 24 yanvar 2022-ci il tarixinədək https://anket.edu.az/link/174 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar.


Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

 

Qeyd edək ki, düşərgə 5-13 fevral 2022-ci il tarixlərində təşkil ediləcək. Məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və qış tətili dövründə tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.


2 il əvvəl