Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb.

Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində yenidən görməyinə məmnun olduğunu bildirib. Nazir Fransa ilə Azərbaycan arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açıb, bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra məsələlərə toxunub, ölkəmizin orta məktəblərində fransız dilinin tədrisi vəziyyəti barədə danışıb. Misir Mərdanov mövcud olan əməkdaşlıq çərçivəsində digər əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətində lazımi dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Səfir ölkələrarası əlaqələrin son illər daha da inkişaf etdirilməsindən və bu əlaqələrdə təhsil sahəsinin xüsusi yeri olduğundan söz açıb. Azərbaycan – Fransız məktəbinin yaradılması ilə bağlı bir sıra məsələlərə diqqət çəkən qonaq belə bir məktəbin Gürcüstanda da açıldığını və “Qafqazın fransız məktəbi” adı altında fəaliyyət göstərdiyini vurğulayıb. Qabriel Keller, həmçinin, bu məktəbin Qafqazda yeganə olmaması arzusunu dilə gətirib və bununla əlaqədar nəzərdə tutulan məsələləri qeyd edib.
Nazir qonağın bu fikri ilə razılaşaraq onu dəstəklədiyini, hazırda ölkəmizdə belə bir məktəbə ehtiyac duyulduğunu bildirib. Misir Mərdanov bununla bağlı müvafiq sənədin imzalanması məsələsinə toxunub, təhsil sahəsində qarşılıqlı əlaqələrimizin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Görüşdə, həmçinin, Fransa universitetlərində təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdıqları bir sıra problemlərin aradan qaldırılması məqsədilə təkliflər səsləndirilib və bununla bağlı birgə işçi qrupunun yaradılması qərara alınıb.


10 il əvvəl