• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Virtual bələdçi Elektron sənəd yoxlanışı

"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransına start verilib

Noyabrın 29-da “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı öz işinə başlayıb. Konfrans Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı, ADA Universitetinin və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.


Konfransın açılış sessiyası Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə baş tutub. 

 

Açılış sessiyasında çıxış edən təhsil naziri Emin Əmrullayev əvvəlcə konfrans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzu edib. Nazir bildirib ki, distant təhsilin tətbiqi zamanı nəzəriyyədən praktikaya keçid dövründə ortaya müəyyən məsələlər çıxıb və Azərbaycanda bu məsələlərin dərhal həlli, operativ şəkildə distant təhsilə keçidin təşkil edilməsi istiqamətində bir sıra uğurlu işlər görülüb.         
 

Emin Əmrullayev qeyd edib ki, pandemiya zamanı təhsilin keyfiyyətinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət parametlərinin müəyyən olunması, məktəbəqədər yaşlı uşaqların təhsilə cəlb edilməsi, onların sosial-emosional inkişafının təmin olunması və təhsilin təşkili baxımından qarşıda duran hədəflərin reallaşdırılması olduqca mühüm əhəmiyyət kəsb edir.
 

Daha sonra çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov ənənəvi təhsildən distant təhsilə keçid, müəyyən dövrlədə isə hibrid təhsilin təşkili barədə danışıb. Qeyd edib ki, daha əvvəl şagirdin öyrənməsi üçün məzmun, müəllim və qiymətləndirmə komponentlərindən danışırdıqsa, artıq 4-cü komponent olan texnologiya da bu siyahıya əlavə olunub. Bu komponentin əlavə olunması özü ilə proseslərə yeni tərəfdaşların cəlb edilməsini də zəruri edib.
 

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal isə çıxışında “4-cü Sənaye İnqilabı dövründə təhsil” modelinin formalaşdığını vurğulayıb. Distant təhsilə keçidlə bağlı əldə edilən nailiyyətlər və çağırışlardan bəhs edən Vəfa Kazdal bu təhsil metodunun təhsildə keyfiyyətin, səmərəliliyin artırılması üçün effektiv vasitə olduğunu bildirib.
 

Sonda “T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov ölkəmizdə pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən distant təhsil layihələrinin, elektron platformaların, distant dərslərin uğurlu icrasından danışıb.


Qeyd edək ki, 350-dən çox iştirakçının qatıldığı konfrans gün ərzində panel müzakirələri ilə davam edəcək.


29.11.2021 - 16:56