Təhsil tələbə kreditlərinə müraciətlər başlanılır
Noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılır.
Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.
Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.
Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.
Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün https://e-ttkf.edu.az/ portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, asan imza və e-imza ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür.
Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi izləyə bilir.
Qeyd edək ki, təhsil tələbə kreditinin alınması qaydaları ilə bağlı aşağıdakı sual-cavab faylından daha ətraflı tanış ola bilərsiniz.
Təhsil Tələbə Krediti ilə bağlı ən çox verilən suallar və onların cavabları
3 il əvvəl
Digər xəbərlər
-
"Dövlət satınalmaları haqqında yeni qanun: bir ilin təcrübəsi və çıxarılmış dərslər" mövzusunda təlim keçirilib
21.12.2024 - 18:00 -
Nazirliyin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib
21.12.2024 - 13:44 -
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib
20.12.2024 - 19:00 -
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib
20.12.2024 - 17:45 -
"2022-2028 Dövlət Proqramı" məzunları ilə şəbəkələşmə görüşü baş tutub
20.12.2024 - 17:02